Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq.
Teatrdan ANN.Az-a verilən məlumata görə, oktyabrın 14, 15, 16-da saat 12.00 və 19.00-da tamaşaçılara "Fransızsayağı qarnir” (M. Kamoletti), "Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi), "Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), "999-cu gecə” (F. Əmirovun musiqiləri və "Min bir gecə” nağıllarının motivləri əsasında) və A. Sadıqovun səhnələşdirdiyi "Yatmış gözəl və cırtdanlar” (Ş. Pero) tamaşaları təqdim olunacaq.
Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, Svetlana Bulax, Çingiz Əhmədov, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Gülcahan Salamova, Gülnarə Abdullayeva, Marina Litvenonko, Emil Heydərov, Nadejda Povelitsina, Yuliya Heydərova, Əliməmməd Novruzov, Gültac Əlili, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Gülnarə Əzimova, Nicat Əli, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva, Fərid Rzayev, Rauf Babayev, Elməddin Dadaşov, Gülnarə Əzizova, Zarina Qurbanova, Nahid İsgəndərzadə, Firuz Məmmədov, teatrın on yaşlı aktyoru Rahib Məmmədzadə və başqalarının ifalarını izləyə biləcəklər.
Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 14 oktyabrda saat 19.00-da M. Kamolettinin "Fransızsayağı qarnir” əsəri böyüklər, 15 oktyabrda saat 12.00-da R. Şəfəq, V. Ziminin "Yağış göbələyinin macərası” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin A. Sadıqovun səhnələşdirdiyi Ş. Peronun "Yatmış gözəl və cırtdanlar” əsəri 16 oktyabr tarixində saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.
Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !