Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ildə Ukraynaya rəsmi səfər edəcək.
ANN.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumatında deyilir.
Məlumatda bildirilir ki, səfər çərçivəsində dövlət başçısı Ukrayna və Azərbaycan Prezidentləri Şurasının VI iclasında iştirak edəcək.
Qeyd olunur ki, iki ölkə prezidenti Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində görüş keçirib və xüsusilə sözügedən iclasa hazırlıq prosesini müzakirə ediblər.
Dövlət başçıları Şuranın 2016-cı ildə Bakıda keçirilmiş V iclasında əldə olunan razılaşmaların uğurla həyata keçirildiyini vurğulayıblar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !