Lakin gecə yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi əsəcək.
ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 13-16° isti, gündüz 20-24° isti, Bakıda gecə 14-16° isti, gündüz 21-23° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !