BDU akademik borcu olan tələbələrinə güzəşt edib

21:53 | 01.07.2017
BDU akademik borcu olan tələbələrinə güzəşt edib

BDU akademik borcu olan tələbələrinə güzəşt edib

Bakı Dövlət Universitetində təhsil alan bütün tələbələrə təhsil proqramı ilə müəyyən olunan müddət ərzində fənn (fənlər) üzrə yaranan akademik borclarının ləğvi məqsədi ilə alt qruplarda kreditlər üzrə heç bir ödəniş etmədən dərslərdə və imtahanlarda iştirak etmək hüququ verilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən "Report”a verilən məlumata görə, univeristetin Elmi Şurasının 21 yanvar 2016-cı il tarixli qərarı əsasında universitetin rektoru, akademik Abel Məhərrəmovun imzaladığı və bütün normativ təhsil müddətində təhsil alan tələbələrə şamil olan 25 yanvar 2016-ci il tarixli R-09 saylı əmri ilə alt qruplarda akademik borclarını ləğv edən I, II, III və IV kurs tələbələrin əlavə kreditlər üzrə ödənişləri BDU vəsaiti hesabına ödənilir.

Bununla yanaşı, Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli 257 saylı qərarı ilə tələbələrə yeni güzəştlər nəzərdə tutulub. Bu ilin yay sessiyasından başlayaraq tətbiq olunacaq güzəştlər də açıqlanıb.

Belə ki, 4-cü kurs tələbələri bu ilin yay sessiyasından başlayaraq sessiya dövründə və ya əvvəlki sessiyaların (qış və yay sessiyaları daxil olmaqla) nəticələrinə görə 2 fənn üzrə yaranmış akademik borclarını iyul ayının 3-dən başlayaraq 7-dək ləğv edə bilər. Bu zaman üzürlü səbəbdən sessiya dövründə imtahanda iştirak edə bilməyən tələbələrə heç bir ödəniş etmədən həmin fənn üzrə yenidən imtahanda iştirak hüququ verilib.

Eyni zamanda I, II və III kurs tələbələri də cari ilin yay sessiyasından başlayaraq sessiya dövründə və ya əvvəlki illərin yalnız yay sessiyalarının nəticələrinə görə 2 fənn üzrə yaranmış akademik borcunu iyul ayının 3-dən başlayaraq 7-dək ləğv edə bilərlər. Bu qəbildən olan tələbələr imtahan üzrə müvəffəq qiymət aldıqda ÜOMG nəticələrinə görə müvafiq Komissiyanın qərarına görə təqaüd alanlar sırasına daxil ediləcəkdir.

Alt qruplarda akademik borclarını ləğv etmək məqsədi ilə tələbələrə 40 kreditə qədər (prerekvizitlik nəzərə alınmaqla) fənlər seçmək hüququ veriliib.
Yay semestrində akademik borclarını ləğv etmək məqsədi ilə tələbəyə 10 kreditə qədər fənlər seçmək hüququ verilib.
Bildirilib ki, bu məsələlərlə bağlı BDU tələbələrinin narazılığına heç bir əsas yoxdur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti