Havaların isinməsi ilə hamı çalışır ki, özünü istidən qorusun.
anews.az xəzərxəbər-ə istinadən məlumat verir ki, xüsusən sürücülər bu aylarda avtomobildə kondisionerdən daha çox istifadə edirlər. Hətta bəzi sürücülər kondisioneri işlək vəziyyətdə qoyur ki, avtomobil sərin qalsın.
Bu isə avtomobilə zərər verməklə yanaşı, qayda pozuntusu sayılır. Ekspertlər bunun "Yol hərəkəti haqqında” qanunlara zidd olduğunu deyirlər. Avtomobili işlək vəziyyətdə tərk edən sürücüləri 20 manat cərimə gözləyir.
Avtomobilin kondisioneri işlək halda uzun müddət parklanmış vəziyyətdə saxlanması ekoloji ziyanla yanaşı, xoşagəlməz hallara da səbəb ola bilər. Belə ki, hərəkət etməyən avtomobilin mühərrikində normal yanma getmir, dəm qazı və digər zərərli maddələr artır. Nəticədə ətrafdakılarla yanaşı, avtomobilin içərisində olan şəxslər də dəm qazından zəhərlənə bilər.
Ekspertlər xoşagəlməz halların baş verməməsi üçün sürücüləri qaydalara əməl etməyə çağırır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !