Avqustun 20-də Bakıda və Abşeron yarımadasında havaşəraiti yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) İstiPress-ə verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 23-26° isti, gündüz 31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°,Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !