Bakıda brend mağazalar yanır

14:30 | 22.08.2017
Bakıda brend mağazalar yanır

Bakıda brend mağazalar yanır

Bakının mərkəzində brend mağazaların yerləşdiyi binada yanğın başlayıb. Neftçilər prospekti, Yusif Məmmədəliyev küçəsində yerləşən "Dolce & Gabbana” mağazasından başlanan yanğının əhatə dairəsi genişlənib və alov "GUCCİ” mağazasına da keçib.

Publika.az xəbər verir ki, bu barədə sosial şəbəklərdə video görüntülər yerləşdirilib.

Hadisə yerində olan vətəndaşların verdiyi məlumata görə, mağazadakı mallar işçilər tərəfindən çölə çıxarılıb.

Hazırda yanğın davam edir. Hadisə yerinə gələn yanğından mühafizə xidmətinin əməkdaşları yanğını söndürməyə çalışır.

İlkin ehtimallara görə, yanğın elektrik naqillərindəki qısaqapanmadan baş verib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM