"Qaynarinfo" xəbər verir ki, nazirin təbrikində deyilir:
-Cənab generallar və zabitlər!
Gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi Qurban bayramı münasibəti ilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
Ötən
əsrin sonlarında Azərbaycan müstəqilliyə qovuşduqdan sonra ölkəmizin
dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində görülən
böyük işlər, həmçinin xalqımızın milli-mənəvi dəyərlərinin inkişaf
etdirilməsi və qorunub saxlanılması dünya şöhrətli siyasətçi, ümummilli
lider Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir. Hazırda bu
siyasət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və iqtisadi tərəqqi
şəraitində xalqımız bu bayramı da özünəxas təntənə ilə qeyd edir.
Ölkəmizin
ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçən şəhidlərimizin
unudulmaz xatirəsini hər zaman olduğu kimi bayram ərəfəsində də
ehtiramla yad edərək şəhid ailələrini, torpaqlarımızın düşməndən
qorunması uğrunda savaşda sağlamlığını itirən döyüşçülərimizi və
müharibə veteranlarını da bayram münasibətilə təbrik edirəm.
İnanıram
ki, Hərbi anda və Nizamnamələrə sadiq qalaraq, Vətənə, xalqa, dövlətə
sədaqətlə xidmət edəcək, respublikamızın ərazi bütövlüyünün təmin
edilməsinə hər an hazır olacaqsınız.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !