İstiPress-in məlumatına görə, postsovet məkanının əksər ekspertləri bu fikirdədirlər ki, məhz 1997-ci il avqustun 29-da bağlanmış saziş Ermənistanın müstəqilliyinin pillə-pillə itirilməsinə səbəb oldu.
Rusiyalı anatilik İrina Corbenadze "Rosbalt”da sazişin 20 illiyi ilə bağlı yazdığı məqaləsində bunu Ermənistanın Rusiyaya düşmən qüvvələrinin məcburən rusiyapərəst rənginə boyanması ilə izah edir: "Bu, Dağlıq Qarabağa görə, Ermənistan-Azərbaycan silahlı toqquşmalarının fonunda baş verdi”.
Müəllif bunun Ermənistan üçün uğur gətirmədiyini bildirir: "Onda Gürcüstan Qərbə istiqamət götürdü və ardıcıl olaraq bunu davam etdirir. Azərbaycan da ardıcıl olaraq Rusiya yönümlü və qərb yönümlü vektorlar arasında orta mövqe tutdu. Və bu siyasət hələ ki, özünü doğruldur. Amma ilk başdan belə siyasətin olmaması "azad” Ermənistan üçün sistem xarakterli dəyişikliklərə səbəb oldu”.
Sistem xarakterli dəyişikliklər sırasında isə Gümrüdəki Rusiya hərbi bazasının və Ermənistanın sərhədlərini qoruyan Rusiya hərbçilərinin statusu, iki ölkənin hava məkanının və hərbi komandanlıqlarının birləşdirilməsi barədə sazişləri göstərmək olar. Ermənistan bir sıra hüquqlarını artıq Rusiyaya həvalə edib ki, əksər erməni KİV-ləri bunu müstəqilliyin itirməsi kimi dəyərləndirirlər. Onları ən çox narahat edən məsələ isə Rusiya şirkətləri tərəfindən qaza və elektrikə olan borca görə Ermənistanın strateci infrastruktur obyektələrinin ələ keçirilməsidir. 2016-cı ildə baş vermiş aprel döyüşləri zamanı Azərbaycan ordusunun Ermənistan ordusunun müdafiə xəttini yararaq strateji yüksəklikləri ələ keçirməsi qərbyönümlülərin mövqeyini bir qədər də gücləndirdi.
Nəticədə, Ermənistanda 1500-ə yaxın jurnalist və ekspert mütəmadi olaraq Rusiyanın əleyhinə təbliğat aparır. Bunun nəticəsidir ki, son üç ildə Ermənistanda qərbyönümlülərin payı 10 faizdən 40 faizə qədər qalxıb. Bu göstərici hakimiyyəti dəyşməyə imkan verən səviyyəyə qalxdıqdan sonra Ermənistanı idarə edən Qarabağ klanı üçün ciddi problem yaranacaq.
Ola bilər ki, klanın lideri Serj Sarkisyanın son bir neçə ayda Avropa Birliyi və NATO ilə yaxınlaşmaq cəhdləri bir neçə ildən sonrakı ictimai rəyə ünvanlanmışdı. Amma fakt budur ki, Rusiya bu cəhdin qarşısını çox sərt aldı və Rusiya ictimai fikri də bunu dəstəklədi. Sarkisyan NATO ilə əməkdaşlığı dayandırmağa məcbur oldu.
Rusiya ekspertləri Serj Sarkisyanın özünü Putinin qulu kimi aparmasını təbii sayırlar və bunu Qarabağ münaqişəsi ilə bağlayırlar. Məsələn, «Pravda» qəzetinin əməkdaşı Lyubov Stepuşovanın yazdığı «İrəvan Kiyevin yolu ilə gedirdi, amma onu dayandırdılar» adlı məqaləsində Serj Sarkisyanın NATO ilə əməkdaşlığı dayandırmasının səbəblərini aprel döyüşləri ilə izah edir:
«Bizim erməni dostlara xatırlatmaq istərdim ki, aprel ayında Dağlıq Qarabağda Azərbaycan qoşunlarının hücumunu Angela Merkel yox, məhz Vladimir Putin dayandırdı».
Rusiyalı jurnalistin dediyi aydındır - əgər Putin işə qarışmasa idi, Azərbaycan daha çox işğal edilmiş əraziləri geri qaytaracaqdı.
Təbii ki, Serj Sarkisyan da Rusiyanın qarşısında borclu qalmır. Ölkəsinin ilk qərbyönümlülərindən olmasına və Rusiyaya nifrət etməsinə baxmayaraq 2015-ci ilə Ermənistanın Avrasiya İttifaqına daxil olması ilə müstəqilliyini xeyli itirməsinə səbəb olan sazişi o imzalayıb. Ölkəsinin müstəqilliyinin digər atributu olan ordunu da Moskvanın komandanlığı altına o verib. Və bütün bunları Qarabağın işğalını davam etdirmək naminə edib.
Əgər 2018-ci ildən sonra o, hakimiyyətini baş nazir kimi davam etdirəcəksə, Ermənistanın milli valyutadan imtinası da baş verəcək. Və bir gün ruslar Avrasiya İttifaqı çərçivəsində növbəti 1937-ci ili gerçəkləşdirəcəklər və Ermənistan müstəqilliyini birdəfəlik itirəcək. Son 2 min il üzrə tək dövlətçilik elementi kimi İrəvanın iki erməni kəndini idarə edən melik Ağbalyanın dəftərxanasını göstərən xalq yenidən 25 il əvvəlki vəziyyətinə dönəcək. Başqa cür də ola bilməz, müdriklər demişkən, sürünmək üçün yarananlar uça bilməzlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !