İraqın Telafer şəhərinin İŞİD terror qruplaşması üzvlərindən təmizlənməsi əməliyyatı zamanı təslim olan yaraqlıların sayı açıqlanıb.
anews.az Report-a istinadla xəbər verir ki, İraq təhlükəsizlik qüvvələrindəki bir səlahiyyətli şəxsin məlumatına görə, Telafer əməliyyatı nəticəsində əcnəbi əsilli 1300 İŞİD üzvü təslim olub.
Onların Mosulun cənubunda yerləşən Hamam əl- Əlil Əsgəri bazasında dustaq edildiyi bildirilir.
Yerli polis rəsmisi terrorçuların çoxunun Çeçenistan, Əfqanıstan, Rusiya, Fransa və İngiltərə əsilli olduğunu açıqlayıb.
Telaferdə aparılan əməliyyat ərzində 2 mindən çox İŞİD terrorçusu məhv edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !