Rusiya Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini 0,5 faiz bəndi azaldaraq 8,5%-ə endirib.
"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının press-relizində məlumat verilir.
Xatırladaq ki, Rusiya Bankı bu il 4-cü dəfədir ki, faizləri azaldır. Qeyd edək ki, Rusiya Bankının qərarı maliyyə bazarlarının proqnozu ilə üst-üstə düşüb.
"Report" xəbər verir ki, alınmış qərar rublun məzənnəsinə təsir etməyib və məzənnə 57,5 RUB/USD səviyyəsində qalıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !