Anews.az bildirir ki, bu barədə məlumat verən nazir Səlim Müslümov dəyişikliklərdən sonra pensiyanın baza və sığorta hissəsi anlayışlarının ortadan qalxacağını və bütün pensiya məbləğinin indeksləşdiriləcəyini deyib.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, bu yenilik pensiyaçılara bir sıra üstünlüklər verəcək.
Vüqar Bayramov onu da bildirir ki, yeni sistemin digər üstünlüyü ondan ibarət olacaq ki, pensiya yaşı bitmiş, ancaq pensiya ödənişlərini bitirməyən şəxslər sonradan əlavə vəsait ödəməklə istədikləri vaxt pensiya ala biləcəklər.
Əgər təkliflər qəbul olunarsa yeniliklərin gələn ildən tətbiq ediləcəyi gözlənilir. Onu da qeyd edək ki, hazırda dünyanın qabaqacıl ölkələrinin pensiya sistemindən məhz bütün pensiya məbləğinin indeksləşdirilməsi təcrübəsindən istifadə olunur. /xezerxeber.az
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !