Avropa İnsan Haqları Məhkəməsi Ermənistanda "Yehova Şahidləri"nin hüquqlarının pozulmasına görə İrəvan hakimiyyətini 12 min avro cərimələyib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2011-ci ilin dekabrın 6-da Artur Adyan, Qaregin Avetisyan, Harutyun Xaçatryan və Vahan Markaryan Avropa konvensiyasının insan hüquqlarının müdafiəsi və əsas azadlıqların 34-cü maddəsinə uyğun olaraq Avropa Məhkəməsində Ermənistana qarşı iddia qaldırıblar.
İddiaçılar AİHM-ə şikayət edərək, onlara qarşı çıxarılan məhkəmə hökmlərinin qanuna zidd olduğunu və həmin məhkəmələrin stereotipik arqumentlərə əsaslandığını bildirib. Belə ki, 2011-ci ilin may ayında hərbi xidmətə çağırılan etirazçılar Ermənistan ordusunda xidmət etməkdən imtina ediblər. Ermənistan silahlı qüvvələrinin yerli strukturlarına və ərazi prokurorluğuna hərbi xidmətdən və digər alternativ xidmətdən imtina etdikləri barədə məktublar göndəriblər. İddiaçılar "Yehova Şahidiləri" dini cərəyanın üzvləri olduqlarını bildiriblər. Onlar ordudan yayındıqlarını görə həbs ediliblər.
2012-ci ildə Apellyasiya Məhkəməsi onların şikayətlərini qəbul etməyib. Həbsxanada 26-27 ay qaldıqdan sonra 2013-ci ildə əfv ediliblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !