Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) oktyabrın 11-də Azərbaycanla bağlı iki hesabat üzrə qətnamələr böyük səs çoxluğu ilə qəbul edilmişdi.
Anews.az xəbər verir ki, həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın müəllifləri olduqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı tənqidi hesabat üzrə Qətnamənin lehinə Türkiyə Böyük Millət Məclisinin CHP partiyasının deputatları - Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsici də səs veriblər.
AŞPA müəyyən maraqlı anti-Azərbaycan dairələrin subyektiv mülahizələri əsasında hazırlanmış və xüsusi məqsəd daşıyan bu sənədləri qəbul etməklə, növbəti dəfə ölkəmizə qarşı öz qərəzli və ədalətsiz mövqeyini nümayiş etdirdi.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycana dair qəbul olunmuş sənədlərə münasibət bildirmişdi. Onun sözlərinə görə, AŞPA müəyyən maraqlı anti-Azərbaycan dairələrin subyektiv mülahizələri əsasında hazırlanan və xüsusi məqsəd daşıyan bu sənədləri qəbul etməklə, növbəti dəfə ölkəmizə qarşı öz qərəzli və ədalətsiz mövqeyini nümayiş etdirib.
"Bu gün demokratiya yolu ilə inkişaf edən, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşan Azərbaycanın süni şəkildə sıxışdırılması bir daha göstərir ki, AŞPA müəyyən məqsədli dairələrin əlində təzyiq vasitəsinə çevrilib və konkret sifariş yerinə yetirir”, - deyə prezidentin köməkçisi vurğulayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !