Ermənistanın Tavuş vilayətinin ümumi yurisdiksiya məhkəməsində hakim Rafiq Melkonyanın sədrliyi ilə hərbi hissədə baş verən intihar hadisəsinə dair məhkəmə prosesi keçirilib.
AzVision.az xəbər verir ki, cinayət işində iki nəfər - Paryur Hakopyan və Mher Melikyan şübhəli bilinir.
Məlumata görə, İcevanda yerləşən hərbi hissədə xidmət edən müddətli hərbi qulluqçu Mher Melikyan davamlı olaraq əsgər yoldaşı Qevorq Asoyanın şərəf və ləyaqətini alçaldıb. 2016-cı ilin mart ayının 29-dan etibarən Mher və Gevorq hərbi hissənin döyüş mövqelərində birgə növbətçilik aparıblar. Mherin sözlərinə görə, martın 30-da Gevorq postda xidmət zamanı yatıb, növbəni onun yerinə Mher çəkib. Xidmət zamanı yatdığını qəbul etmədiyinə görə Gevorq Mher tərəfindən zorlanaraq təhqir edilib.
Həmin gün Mher Gevorqdan bacısının telefon nömrəsini istəyib. Gevorg ona telefon nömrəsi versə də, daha sonra nömrənin səhv olduğu aşkarlanıb. Səhv telefon nömrəsi verdiyinə görə, Mher yenidən Gevorqu zorlayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !