Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, millət vəkili Dəniz Baykal xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, D.Baykalın yüksək hərarət səbəbindən vəziyyəti ağırlaşıb.
Xatırladaq ki, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatları, o cümlədən D.Baykal Azərbaycan haqqında həqiqətəuyğun olmayan məqamların qeyd olunduğu qətnamənin lehinə səs veriblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !