Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsi vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Daxili İşlər Nazirliyindən anews.az-a verilən məlumata görə, müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 24-dək, boyu 180 santimetr və yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, tam orta, orta ixtisas və ali təhsilli, atletik bədən quruluşuna malik, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları (oğlanlar) iştirak edə bilərlər.
Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının rəhbərliyi ilə ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara DİN-nin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaq.
İctimai asayişin qorunmasında 2 il əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Əlavə məlumat almaq istəyənlər Bakı Metropolitenində Polis Şöbəsinə (012) 490- 02-36 nömrəli telefonlara müraciət edə bilərlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !