"2018-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərin həcmi 7,7 milyard manat nəzərdə tutulub. Bu, cari ilin göstəricisi ilə müqayisədə 650 milyon manatdan çoxdur”.
Anews.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov "AzTV”-yə müsahibəsində bildirib. O qeyd edib ki, növbəti ildə sosialyönümlü layihələrə əlavə vəsait ayrılıb. Təkcə əməkhaqqı fondu üzrə 4,2 mlrd. xərc nəzərdə tutulub:
"Təhsilə ayrılan xərclər də xüsusi böyük çəkiyə malikdir. Gələn il təhsil xərcləri 2 milyard manat səviyyəsində olacaq. Bu rəqəm cari illə müqayisədə 211 milyon manat çoxdur. Bu, kifayət qədər yüksək artımdır”.
Müəllimlərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artdığını önə sürən nazir deyib ki, həm məktəb direktorlarının, həm də müəllimlərin əməkhaqları yüksəlib:
"Artıq çox bacarıqlı, savadlı, səriştəli müəllimlər yüksək maaş almaq imkanı qazanıblar. Diaqnostik qiymətləndirmələr başa çatdırılır və sınaqdan keçən müəllimlər məvaciblərini artırmaq imkanı əldə edirlər.
Maliyyə naziri əlavə edib ki, orta hesabla müəllimlərin əməkhaqları 35% artıb:
"Bəzi kateqoriyalar üzrə müəllimlərin əməkhaqqı artımı daha yüksəkdir”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !