Tanınmış həkimlər Neftçilər Xəstəxanasını tərk edir? - Açıqlama

16:51 | 14.01.2018
Tanınmış həkimlər Neftçilər Xəstəxanasını tərk edir? - Açıqlama

Tanınmış həkimlər Neftçilər Xəstəxanasını tərk edir? - Açıqlama

Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasında ciddi maliyyə problemlərinin olduğuna dair məlumatlar yayılıb. Son günlər mətbuatda yazılan məlumatlarda xəstəxananın külli miqdarda borcunun olduğu, bu səbəbdən də tibbi personalın əmək haqlarının verilməsində çətinliklərin yarandığı vurğulanır. Hətta bir neçə tanınmış həkimin bu səbəbdən işdən könüllü surətdə ayrıldığı qeyd olunur.
 
Eyni zamanda, xəstəxananın iş prinsipləri bir çox həkimi qane etmir. Mərkəzi Neftçilər Xəstəxanasındakı işindən könüllü surətdə ayrılan və adının çəkilməsini istəməyən tanınmış həkim deyib ki, girdiyi 7-10 min manatlıq əməliyyadan yalnız 200 manatla çıxması sərfəli deyil:
 
"Həmin əməliyyatı özəl xəstəxanada edib, əməyimin qarşılığını da normal şəkildə alıram. Orada çalışmaq heç cür sərfəli deyildi”.

"Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a bu haqda yazılanların həqiqəti əks etdirmədiyini bildirib:

"Xəstəxanın borcu yoxdur. Olsa belə, bunun həkimlərə, xəstələrə nə aidiyyatl var? Bu, dövlətin təsərrüfat hesablı xəstəxanasıdır. Artıq bir neçə gündür ki, reketliklə məşğul olan saytlar xəstəxanaya qarşı kampaniyaya başlayıb.

Sizin sorğunuz əsasında xəstəxananın rəhbəri Leyli Seyidbəyli ilə əlaqə saxladım. Onun da bildirdiyi kimi, xəstəxana tam surətdə fəaliyyətdədir. Burada işinin peşəkarı, mütəxəssis olan həkimlərin fəaliyyəti danılmazdır. Bu kimi məlumatlar sadəcə xəstəxananın fəaliyyətinə kölgə salmaq üçündür. Amma 60 illik fəaliyyəti olan bir yer üçün bunlar əbəsdir. İstənilən halda xoşagələn də deyil”.

S.Əhmədova deyib ki, bir qrup həkim məsələ ilə bağlı müraciət imzalayıb:

"Bir qrup həkim ölkənin I vitse-prezidenti Mehriban Əliyevaya, Səhiyyə Nazirliyinə müraciət ünvanlayıb. Onlar müraciətdə belə yazıların qarşısının alınmasını istəyiblər. Heç kim ərizə yazıb işdən çıxmayıb. Kiminsə də işdən çıxmaq fikri yoxdur. Xəstələr də həkimlərdən narazılıq etmirlər. Narazı olsalar, heç xəstəxanaya gəlməzlər”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM