Rubl kəskin ucuzlaşdı

19:34 | 06.09.2018
Sentyabrın 6-da keçirilən hərraclarda rublun dollar və avroya nisbətən məzənnəsi kəskin ucuzlaşaraq iki illik minimuma yaxınlaşıb.
Oxu.Az bu barədə Moskva birjasının məlumatına istinadən xəbər verir.

Avronun məzənnəsi 80,4 rubl, dollaırn isə 69,05 rubla qədər yüksəlib. Bu 2016-cı ilin martından ən yüksək göstəricidir.
"Renessans Kapital”ın analitikləri dolların 82 rubla qədər bahalaşacağını proqnozlaşdırırlar. İqtisadçılar hesab edirlər ki, buna ABŞ-ın Rusiyaya qarşı tətbiq edəcəyi yeni sanksiyalar səbəb olacaq.

www.anews.az
loading...

Xəbər lenti