Rusiyaya qarşı sanksiyalar uzadıldı

21:17 | 13.09.2018
Rusiyaya qarşı sanksiyalar uzadıldı

Rusiyaya qarşı sanksiyalar uzadıldı

Avropa İttifaqı (Aİ) Şurası Ukrayna münaqişə ilə əlaqədar olaraq Rusiyaya qarşı tətbiq olunan fərdi sanksiyaların daha 6 ay müddətinə uzadılması barədə qərar qəbul edib.
 
AzVision.az xəbər verir ki, bu barədə Aİ Şurasının rəsmi saytında yerləşdirilən bəyanatda deyilir. Qeyd olunur ki, Rusiyaya münasibətdə tətbiq olunan fərdi məhdudlaşdırıcı tədbirlər 2019-cu ilin 15 martınadək uzadılıb. 

Ukrayna separatçılarının "Donetsk Xalq Respublikası”nın 31 avqustda qətlə yetirilən lideri Aleksandr Zaxarçenkonun adı fərdi sanksiyalar siyahısından çıxarıldığına görə, Aİ-nın Rusiyaya qarşı sanksiyaları 154 fiziki şəxs və 44 təşkilatı əhatə edəcək.

Aİ-nın sənədində vurğulanır ki, həmin hüquqi və fiziki şəxslər Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü pozublar və təhdid ediblər. 

Qeyd edək ki, hazırda Rusiyaya qarşı Aİ-nın bir neçə sanksiyalar paketi qüvvədədir. Bu sanksiyalara iqtisadi, fərdi və Krımın ilhaqı səbəbindən ayrıca məhdudiyyətlər daxildir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM