2019-cu il "Amrahbank”ın inkişaf tarixində
bir sıra hadisələrlə yadda qaldı. Belə ki, texnologiyaların tətbiqinə böyük önəm
verən Amrahbank, Bank əməliyyatlarının effektivliyini artırmaq məqsədilə , beynəlxalq
praktikada geniş istifadə olunan, bank əməliyyatlarını daha da sadələşdirən,
müştərilərə daha sürətli xidmət göstərilməsinə və innovativ layihələrin tətbiqinə
şərait yaradan yeni proqram təminatına keçdi.
2019-cu ildə "Amrahbank”ın inkişaf tarixində qeyd edilən mühüm hadisələrdən biri də, təməli 04.09.2013-cü il tarixində qoyulan, Xətai
rayonu, Xocalı prospekti 36A ünvanında yerləşən yeni inzibati binanın istifadəyə verilməsi oldu. 14 min
kvadrat metr sahəni əhatə edən, xüsusi zövqlə hazırlanmış 11 mərtəbəli yeni
bina, möhtəşəm xarici görünüşə malik olmaqla yanaşı, müasir interyeri, yüksək texniki təhcizatı
ilə də fərqlənir .
2019-cu ildə "Amrahbank”ın inkişaf tarixində qeyd edilən mühüm hadisələrdən biri də "Amrahvabnk”ın Moskva birjasına üzv seçilməsi oldu.
Bu üzvlük Banka həm qiymətli kağızlar, həm də xarici valyutalar üzrə bir çox əməliyyatların
aparılması üçün yeni imkanlar yaratmaqla yanaşı, əlverişli şərtlər və
qiymətlərlə əməliyyatların aparılmasını, həmçinin beynəlxalq valyuta və fond
bazarlarına çıxışı da təmin etdi.
31 dekabr 2019-cu il tarixinə bankın müştəri hesabları, o cümlədən müddətli və
tələbli depozitlər 174 milyon 734 min manat , kredit portfeli isə114 milyon.
230 min manat təşkil etmişdir.
Amrahbank: Sizə açıq və aydın bank!
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !