2019-cu il kimləri xoşbəxt edəcək? - Şərq təqvimi üzrə PROQNOZ

21:58 | 06.12.2018
2019-cu il Sarı Torpaq Donuz ili üzərində təhvil olunur. O, hər kəsə qarşı xeyirxah davranacaq, lakin şərq ulduz falına əsasən bəxt bəzilərinin üzünə daha çox güləcək.
Publika.az xəbər verir ki, ilin sahibinin rəğbətini qazanmaq asan olacaq. Unutmaq olmaz ki, Donuz da başa çatmaqda olan ilin rəmzi kimi (İt ili. red) dürüst, özünə inamlı və təmənnasız yardım edə bilən insanları sevir. Ekspertlər Sarı Torpaq Donuz ilinin dəstəyini qazanmaq üçün Yeni İli qaydalar üzrə qarşılaşmağı tövsiyə edir.
Donuz (Qaban)
Bu ilin nümayəndələri gələn il özlərini daha rahat hiss edəcək. Ciddi məsələləri asanlıqla həll edə biləcəklər. Uğurlu sövdələşmələr apara və səhv etməkdən qorxmadan qarşıya qoyulan məqsədə doğru addımlaya biləcəklər.
İlin hamisi istənilən çətinliklərə sinə gərməyə kömək edəcək, lakin bunun üçün vacibdir ki, vicdanla hərəkət edəsiniz və başqalarını aldatmayasınız. Əks halda bəxt sizdən üz döndərəcək.
Siçan
Siçan ilinin nümayəndələri karyera mövzularında diqqətli olmalıdır. Donuz səhv oyuna dözməyəcək, odur ki, düşünülməmiş addımlar atmayın. Hətta müdaxilə tələb olunmasa da, işləri taleyin şansına buraxmaq olmaz. Qısqanclıq və paxıllıq planlarınıza zərər verə bilər.
Öküz
Bu nişanın aktiv həyat tərzi sürən nümayəndələrini böyük uğurlar gözləyir. Aktiv və hər şeylə maraqlanan Donuz da tənbəlləri sevmir. Odur ki, yerində oturmağa dəyməz. Özünüinkişaf və yeni biliklərin öyrənilməsi uğur qazanmağa kömək edəcək, immuniteti möhkəmləndirmək isə xəstəliklərin qarşısını alacaq.
Pələng
Məsuliyyətli "Pələnglər"i Donuz ili bir çox əlamətdar hadisələrlə sevindirəcək. Nə qədər çox çalışsanız, işləriniz bir o qədər qaydasında gedəcək. Bu ilin nümayəndələrinin üzünə bütün qapılar açıq olacaq, ancaq birini seçmək məcburiyyətində qalacaqlar. Seçilən istiqamətdə inkişaf uğurlar qazanacaq.
Dovşan ili
Gələn il dovşanlar Donuzların yerinə keçməyə çalışacaq. Yeni ildə insanlara etibar etməyi öyrənin və yeni tanışlıqlar qurmaqdan qorxmayın. Özünəinamsızlıq və qorxularla mübarizə çətinliklərin öhdəsindən gəlməyə və qarşıya qoyulan məqsədə nail olmağa kömək edəcək.
Əjdaha
Əjdaha ilindən olanlar kiçik məsələlərə boşa enerji xərcləməyi dayandırıb, həqiqətən də ciddi işlə məşğul olmağa başlasalar, şans onların üzünə güləcək. Onlar çox çalışmalı olacaq, axı od ünsürü onlardan hərəkət və fəaliyyət tələb edir, amma tələskənlikdən imtina edin.
Hədəfə çatmaq üçün göstərilən əzm və xarakterindəki mənfi cəhətlərlə mübarizə 2019-cu ildə həyatınızı yaddaqalan edəcək və xoş sürprizlərlə sevindirəcək.
İlan
İlin hamisi bu zodiak işarəsini sevmir, odur ki, özünüzü uğura gedən yolda qarşınıza çıxan çətinliklərə hazırlayın. Yeni bilikləri öyrənmək həvəsini göstərməklə Donuzların qəlbini fəth edə bilərsiniz, odur ki, yeni təhsil və peşə haqqında düşünməyə dəyər. Yeni biliklər qarşınızda bir çox perspektiv açacaq və müvəffəqiyyət əldə etməyə kömək edəcək.
At
At ilində dünyaya gələn insanlara əmək və zəhmət tanışdır. Karyerada inanılmaz uğurlar qazanmaq üçün bir istiqamət seçmək vacibdir. Əzm və dürüstlük Donuzlar tərəfindən yüksək qiymətləndiriləcək.
Keçi
İlin hamisi "Keçilər"i dəstəkləyir, odur ki, yeni il sizin üçün uğurlu olacaq. Keçilər dəstəyə güvənə bilər, lakin tənbəllik və passivlikdən vaz keçməlidirlər. Dürüst iş və layiqli mükafatı almaq arzusu məqsədlərinizə çatmaqla yanaşı, əlçatmaz arzunuzu yerinə yetirməkdə də sizə kömək edəcək. 2019-cu ildə dürüst və ləyaqətli "Keçilər"i çox xoş sürprizlər gözləyir.
Meymun
Hər şeylə maraqlanan aktiv "Meymunlar" da Donuz ilinin mərhəmətinə sığına bilər. Lakin yadda saxlayın ki, ilin hamisinin yüngül davranışa dözümü yoxdur. Düşünülməmiş qərarlar və addımlar xoşagəlməz nəticələr doğura bilər, odur ki, yüz ölçüb bir biçin. Həmçinin yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin.
Xoruz
2019-cu ildə "Xoruzlar" hiddət və hikkələrindən dolayı sıxıntı yaşaya bilərlər. Onlar duyğuları nəzarət etməyi öyrənməlidirlər, əks halda bu, müxtəlif növ xəstəliklərə yol aça bilər, həmçinin fəaliyyətə mənfi təsir göstərir. İdman növləri ilə məşğul olmaq faydalıdır. Üzmək və məşq etmək emosional stressdən və günün gərginliyindən xilas edəcək.
İt
"İtlər" Donuzların dəstəyinə tam etibar edə bilərlər. Bu işarənin dürüst və sadiq nümayəndələri Donuzun qəyyumluğunu qazanacaq, paxılların zərərlərinə və əsəb tutmalarına baxmayaraq, istəklərini asanlıqla əldə edəcək. Astroloqlar İt ilində dünyaya gələnlərə yadlara etibar etməməyi, hər yoldan ötəni dost adlandırmamağı məsləhət görür. Yeni tanışların bir çoxu manevrli manipulyator ola bilər, odur ki, gözlərinizi dörd açın.

www.anews.az