Biznesmen hər iki gözünü itirdi: dəhşətli hadisənin ANBAAN GÖRÜNTÜLƏRİ - FOTO/VİDEO

17:25 | 16.01.2019
Biznesmen hər iki gözünü itirdi: dəhşətli hadisənin ANBAAN GÖRÜNTÜLƏRİ - FOTO/VİDEO

Biznesmen hər iki gözünü itirdi: dəhşətli hadisənin ANBAAN GÖRÜNTÜLƏRİ - FOTO/VİDEO


Gürcüstandan birtərəfli qaydada ayrılan Abxaziya separatçı qurumunda Moskvadan olan biznesmen Mixail Yevalenkoya qarşı sui-qəsdin görüntüləri yayılıb.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, biznesmen Ldzaa qəsəbəsində "Audi Q-7" avtomobilinin partlayışı zamanı zərər çəkib.

İstintaqın versiyasına görə, partlayıcı maddə avtomobilin ön şüşəsi və kapotun arasında paketin içində qoyulmuşdu. Biznesmenin özü paketi çıxartmağa çalışdığı vaxt partlayış baş verib.

Zərərçəkən Soçi klinikasına çatdırılaraq əməliyyat edilib. O, hər iki gözünü itirib. Yaralının Soçidən paytaxta gətiriləcəyi bildirilir. Həkimlərin sözlərinə görə, onun vəziyyəti son dərəcə ağırdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb