Azərbaycanlı sahibkar dünyasını dəyişdi

12:01 | 09.02.2019
Azərbaycanlı sahibkar dünyasını dəyişdi

Azərbaycanlı sahibkar dünyasını dəyişdi

Rusiya vətəndaşı olan azərbaycanlı sahibkar Barnaul şəhərindəki həbsxanalardan birində dünyasını dəyişib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, əslən Salyan rayonundan olan 59 yaşlı Şahin Nəriman oğlu Səfərov 1990-cı illərdən Rusiya Federasiyasının Tümen vilayətinin Xantı-Mansiysk vilayətinə köçmüşdü. Tikinti materiallarının biznesi ilə məşğul olurdu və istehsal müəssisələri üçün iş geyimləri tikən fabrikin sahibi idi. Son zamanlar biznesi iflas olan Şahin Səfərov 2007-ci ildə həbs olunaraq qaçaqmalçılıq ittihamı ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, artıq həbs müddətini geridə qoymuşdu. Qohumlarının dediyinə görə, Şahin Səfərov azadlığa çıxmasına cəmisi 10 qalmış həbsxanada dünyasını dəyişib-gecə yatıb, səhər yuxudan ayılmayıb.

Mərhum Şahin Səfərovun cənazəsi Azərbaycana gətirilərək ata yurdu olan Salyan rayonunda torpağa tapşırılıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM