Azərbaycanın xalq rəssamı Altay Hacıyev vəfat edib.
Anews.az xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət Nazirliyi yayıb.
Fevralın 12-də dünyasını dəyişən Altay Hacıyev 1931-ci il aprelin 2-də Bakıda rəssam Əmir Hacıyevin ailəsində dünyaya göz açıb.
1951-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1959-cu ildə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirib.
Altay Hacıyev 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.
"Xalqımızın ulduzları" silsiləsindən olan "Tomris", "Məhsəti Gəncəvi", "Sara Xatun", "Xurşudbanu Natəvan", "Tuti Bikə", "Aşıq Pəri", "Ağa Bəyim Ağa" və b. əsərlərin müəllifidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !