Azərbaycanda nüfuzlu şəxs vəfat etdi

12:07 | 14.02.2019
Azərbaycanda nüfuzlu şəxs vəfat etdi

Azərbaycanda nüfuzlu şəxs vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Aqil Cəfər Xəndan oğlu Hacıyev vəfat edib.

Anews.az-ın Report-a istinadən məlumatına görə, bunu BDU-nun Mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib.

A.Hacıyev 72 yaşında dünyasını dəyişib. O, ürək-damar xəstəliyindən əziyyət çəkirmiş.  

Qeyd edək ki, Aqil Hacıyev 10 avqust 1947-ci ildə anadan olub. 1965-1970-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1970-1973-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspirantura təhsili alıb və 1973-cü ildə namizədlik dissertasiyasını müdafiə edib. Həmin ildən BDU-nun rus ədəbiyyatı tarixi kafedrasında müəllimlik fəaliyyətinə başlayıb və kafedrada müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

1982-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Müxtəlif illərdə Təbiət fakültələri üzrə rus dili kafedrasının müdiri (1982-1984) və Filologiya fakültəsinin dekanı (1990-1992) vəzifələrində işləyib. Rus ədəbiyyatı tarixi kafedrasının professoru və müdiri olub.
1987-ci ildən Yazıçılar Birliyinin üzvü, 1993-cü ildə Ankaradakı Türk Folklor Qurumunun fəxri üzvü, 2003-cü ildə Tbilisi Beynəlxalq Sosial-iqtisadi Akademiyasının həqiqi üzvü və Sankt-Peterburq Pyotr Elm və İncəsənət Akademiyasının müxbir üzvü seçilibr. 2009-cu ildə "Şöhrət” ordeni ilə təltif edilib.

Müxtəlif illərdə Ali Attestasiya Komissiyasının eksperti, AAK-da Humanitar və ictimai şöbənin müdiri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Ekspert şurasının sədri olub. 18 elmlər namizədi hazırlayıb.

O, məşhur şair, ədəbiyyatşünas alim, professor Cəfər Xəndanın oğludur. 

Allah rəhmət eləsin!

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM