Müdafiə Naziri İSTEFA verdi - FOTO

13:10 | 20.05.2019
Müdafiə Naziri İSTEFA verdi - FOTO

Müdafiə Naziri İSTEFA verdi - FOTO

Ukraynanın müdafiə naziri Stepan Poltorak istefa verib.

Nazirliyin başçısı "Facebook” səhifəsində "Sağlıqla qalın!” deyə status paylaşıb.Həmçinin sosial şəbəkədə prezident Vladimir Zelenskiyə ünvanlanmış istefa ərizəsinin şəklini dərc edib.

Bundan əvvəl ölkənin DTX başçısı Vasiliy Qritsak və onun müavinləri müvafiq ərizələrini təqdim edib.  
Qeyd edək ki, Ukraynadakı prezident seçkilərində qaib gələn Vladimir Zelenskinin bu gün inauqurasiya mərasimi keçirilib. Zelenski andiçmə mərasimindən sonra etdiyi çıxışda yaxın zamanda Ali Radanı buraxacağını elan edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM