"Azercell Telekom” MMC-nin dəstəyi və Barama
İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə 15-16 iyun tarixlərində startaplar
arasında ”Seedstars World” müsabiqəsinin yerli seçimləri keçiriləcək. Ölkəmizdə 7-ci dəfə baş tutacaq bu yarışma inkişaf
etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri
müəyyənləşdirməyə kömək edəcək. Müsabiqənin qalibi
seçilən startap Azərbaycanı "Seedstars CEE” regional sammitində təmsil etməklə
yanaşı, bütün xərclər qarşılanmaqla, İsveçrədə keçirilən "Seedstars World”
yarışmasına qatılmaq, bununla da, "Seedstars Global Winner” adı və
500 000 ABŞ dolları dəyərində sərmayə yatırımı qazanmaq uğrunda mübarizə aparacaq
.
https://seedsta.rs/ssw19-baku
Qeyd edək ki, "Seedstars” inkişaf etməkdə olan ölkələrdə
regional məsələlərin həllini hədəfləyən, onların regional bizneslərinə
və inkişafına dəstək vermək məqsədilə qlobal bazar üçün gəlirli və davamlı məhsullar
hazırlayan bacarıqlı startaplar axtarışındadır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !