Öz
Korporativ Sosial Məsuliyət siyasətində uşaqların müdafiəsi və hüquqlarının
qorunmasına yönəlmiş təşəbbüslərə xüsusi önəm verən "Azercell Telekom” MMC-nin
dəstəyi ilə həyata keçirilən layihələrdən biri "Uşaq Qaynar Xətt” xidmətidir. Uşaqlarla iş sahəsində geniş təcrübəyə
malik olan psixoloqlar, hüquqşünaslar və sosial işçilərdən ibarət heyətə malik
"Qaynar Xətt”
xidmətinin əsas məqsədi uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin,
habelə müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi,
reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirmə və təxirəsalınmaz
köməyin göstərilməsidir.
Təkcə
bu ilin may ayı ərzində xidmətdən yararlanan
uşaqların sayı 421 nəfər təşkil edib. Bu müraciətlərdən 217-si təhsil, 33-ü
psixoloji, 7-si səhiyyə, 35-i sosial,39-u hüquqi problemlərlə bağlı olub. Onu
da qeyd edək ki, müraciətlərdən 370-i 18 yaşdan yuxarı, 48-i isə 18 yaşdan
aşağı vətəndaşlarımıza aiddir. Ümumilikdə, yanvar- may ayları ərzində "Uşaq
Qaynar Xətt” xidmətinə 1603 zəng daxil olub. 2010-cu
ildən 2019-cu ilin iyun ayına qədər isə xidmətdən 37 895 uşaq yararlanıb.
"Uşaq Qaynar Xətt”inin ölkənin istənilən nöqtəsində
əlçatan olmasını təmin etmək üçün, Azercell şirkətinin təşəbbüsü ilə 2017-ci
ildə İOS və Android əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi
istifadəyə verilib. 2018-ci ilin iyun ayının 13-dən isə xidmətin Göygöl ofisi fəaliyyətə
başlayıb. Mərkəz Göygöl rayonunun sakinləri ilə yanaşı, ətraf rayonlarda
(Goranboy, Gəncə, Şəmkir, Qazax, Ağstafa) yaşayan uşaqlara da xidmət göstərir.
Qeyd edək ki, "Azercell Telekom” MMC-nin dəstəyi,
"Ümidli Gələcək İctimai Birliyi”nin təşkilatçılığı ilə 24 saat fəaliyyət
göstərən "Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən
edilən zənglər ödənişsizdir. (012)
480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80 və (051) 580 22 80
nömrələri ilə günün istənilən saatında Qaynar Xətt Xidmətinə müraciət etmək
imkanı yaradılıb. Xidmət
haqda ətraflı məlumatı www.usaqxetti.az internet səhifəsindən əldə
etmək mümkündür.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !