Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, şimal-qərb küləyi axşam arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 35-40% olacaq.
Cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 33-38° isti, dağlarda gecə 14-19° isti, gündüz 20-25° isti təşkil edəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !