Bakıda taksi xidmətləri ilə məşğul olan şirkətlər gedişhaqqı tariflərini kəskin şəkildə artırıblar.
"Ölkə.Az" unikal.orga istinadən bildirir ki, qiymətlər 50 faizə qədər yüksəlib. Belə ki, əvvəllər *9111 - Ekonom taksi, *2424, *8844 - Siti taksi, 189 - taksi xidməti, *9933 - Salam taksi və digər şirkətlər eyni istiqamətə 3-3.50 manata aparırdılarsa, hazırda bu rəqəm 5-5.40 manat arası dəyişir.
Misal üçün *9933 - Salam taksi Binəqədi qəsəbəsi-Novxanı istiqamətinə 3.30 manata aparırdısa, hazırda bu rəqəm 6 manata qədər yüksəlir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !