Azərbaycan nefti ucuzlaşdı

09:27 | 26.06.2019
Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 24-də 65,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,25 dollar/barel azdır,  bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.


FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,2 dollar/barel azdır.


Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,11 dollar/barel azdır.


Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,91 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,12 dollar/barel azdır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb