Kapital Bank-ın dəstəyi ilə növbəti “Yay Futbol Düşərgəsi” keçirilir

10:34 | 27.06.2019
Kapital Bank-ın dəstəyi ilə növbəti “Yay Futbol Düşərgəsi” keçirilir

Kapital Bank-ın dəstəyi ilə növbəti “Yay Futbol Düşərgəsi” keçirilir

Kapital Bank Sumqayıt şəhərində 2014-cü ildən 7-12 yaşlı uşaqlar arasında keçirilən ənənəvi "Yay Futbol Düşərgəsi" layihəsinin rəsmi tərəfdaşıdır. Anews.az xəbər verir ki, layihə 9 gün müddətində 3 qrup üzrə keçiriləcək. Layihə çərçivəsində Sumqayıt şəhərində və onun ətraflarında yerləşən 48 orta məktəb üzrə 100-dən artıq şagird iştirak edəcək.
 
Layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, onlar arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gəncləri sağlama həyata yönləndirməkdir.
 
Qeyd edək ki, layihə Kapital Bank-la yanaşı, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Azərikimya İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə keçirilib.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM