Neft Daşlarında dalğanın hündürlüyü 4.7 metrə çatır - FAKTİKİ HAVA

11:16 | 13.07.2019
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. 


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, iyulun 12-si axşamdan 13-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb, Gədəbəy və Göygöldə dolu düşüb, qərb küləyi ayrı-ayrı yerlərdə güclənib.


Küləyin maksimal sürəti Gəncə və Naftalanda 34 m/s, Tərtərdə 30 m/s, Tovuzda 26 m/s, Bərdədə 25 m/s, Mingəçevirdə 24 m/s, Şəmkirdə 22 m/s, Göyçay və Yevlaxda 21 m/s, Nabranda 20 m/s, Neftçala və Ağstafada 18 m/s, Zaqatalada 15 m/s, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 17-23 m/s, arabir 26-28 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 4,7 metrə çatıb.


Düşən yağıntının miqdarı Göygöldə 18 mm, Qusarda 6 mm, Sarıbaş (Qax), Tərtərdə 4 mm, Yevlaxda 3 mm, Xınalıq və Qubada 2 mm, Qırız, Bərdə, Mingəçevir, Naftalan, Balakən, Oğuz, Zaqatala, Şəki (Kişçay) və Daşkəsəndə 0-1 mm olub. Göygöl və Hacıkənddə diametri 15 mm, Gədəbəydə diametri 11 mm, Gəncədə isə xırda dənəli dolu düşüb.


13 iyul axşam və 13-dən 14-nə keçən gecə dağlıq və dağətəyi rayonlarda leysan xararterli intensiv yağış yağacağı gözlənilir.


Dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimalı var.


www.anews.az
loading...

Xəbər lenti