Bu ərazilərdə qaz olmayacaq

11:21 | 18.07.2019
Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərin təbii qaz təchizatı dayandırılacaq.

"Azəriqaz” İstehsalat Birliyindən Anews.az-a verilən məlumata görə, qaz təchizatı şəbəkəsində itkilərin qarşısının alınması məqsədilə "Zərdab-Ucar” avtomobil yolu istiqamətində orta təzyiqli yeraltı və yerüstü qaz xətlərinin sınaq işləri ilə bağlı qaz təchizatının dayandırılmasına zərurət yaranıb.


Bu gün saat 14:00-dan işlər bitənədək qeyd edilən ərazidə 4 kənd, 5 qaçqın ailəsi və 32 hektar yaşayış sahəsi daxil olmaqla 1219 abonentin qaz təchizatı dayandırılacaq.

Həmçinin bu gün səhər saat 10:00-dan etibarən işlər yekunlaşanadək Pirallahı rayonunun yeni yaşayış massivində qaz təchizatı dayandırılacaq. Bu, ərazidə məcburi köçkünlər üçün inşa edilmiş 306 mənzildən ibarət yaşayış binasına məxsus qaz xəttinin orta təzyiqli qaz xəttinə birləşdirilməsi ilə əlaqədardır. İşlər tamamlanana qədər təqribən 3000 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb