Türkiyəli diplomatın güllələnmə anı - VİDEO

19:39 | 24.07.2019
Türkiyəli diplomatın güllələnmə anı - VİDEO

Türkiyəli diplomatın güllələnmə anı - VİDEO

İyulun 20-də İraqın Ərbil şəhərində türkiyəli diplomat Osman Kösenin qətlinin görüntüləri yayılıb.
Türkiyə mətbuatında yer alan görüntülərdən məlum olur ki, O.Köse restoranda olan zaman bir neçə nəfər içəri girir. Onlardan biri qonşu masada əyləşir.

Bir müddət sonra həmin şəxslər silahlarını çıxararaq diplomata atəş açır və onun çantasını götürərək hadisə yerindən qaçırlar.
Qeyd edək ki, hücumda iştirak edənlərdən biri Türkiyənin müxalif Xalqların Demokratik Partiyasının (HDP) deputatı Dersim Dağın böyük qardaşı olub və o, polis tərəfindən saxlanılıb. 
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM