"Qarabağ"da ciddi itkilər

21:29 | 24.07.2019

"Qarabağ"da ciddi itkilər

"Qarabağ"ın futbolçuları Miçel və Filip Ozobiç Çempionlar Liqasının ikinci təsnifat mərhələsində bu gün keçiriləcək "Dundalk"la oyunu buraxacaqlar. 
Anews.az xəbər verir ki, buna səbəb Miçelin dizindən zədələnməsi, Ozobiçin isə əzələsini dartmasıdır. Xorvat yarımmüdafiəçi dünən, ispan yarımmüdafiəçi isə bu günlərdə zədələnib. Komandanın digər legioneri Dani Kintananın da zədəsi var. ÇL-in 1-ci təsnifat mərhələsində "Partizani" ilə cavab görüşünün ertəsi günü sıradan çıxan Kintananın isə bugünkü matçda iştirakı isə sual altındadır.
Qeyd edək ki, "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov da zədə səbəbindən İrlandiya klubu ilə görüşdə oynamayacaq.
Xatırladaq ki, "Dundalk" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.(qol.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM