Havanın temperaturu 42 dərəcəyə yüksələcək

21:00 | 21.08.2019
Havanın temperaturu 42 dərəcəyə yüksələcək

Havanın temperaturu 42 dərəcəyə yüksələcək

Bakı və Abşeron yarımadasında avqustun 22-də havanın əsasən günəşli keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 33-38, Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət  gecə 60-70, gündüz 30-40 faiz olacaq.
Abşeron çimərliklərində şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 22-də hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 22-23-də Bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü, arabir yaranan durğun hava şəraiti fonunda gündüz isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb