"Bakı Metropoliteni" üçün Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş” ASC-nin istehsalı olan 10 vaqondan ibarət növbəti iki qatar xəttə buraxılıb.
81-765.Б/766.Б modelli vaqonlar müasir dövrün tələblərinə uyğun olaraq texnoloji innovasiyalar baxımından 4-cü nəslə aiddir. Sərnişin təhlükəsizliyi və rahatlığına görə dövrün ən son yenilikləri, habelə "Bakı Metropoliteni" QSC-nin bütün texniki tələbləri nəzərə alınmaqla istehsal edilmiş vaqonların istismar müddəti 30 ildir.
Məlumat üçün bildirək ki, 2019-cu il yanvar ayının 31-də "Transmaşholdinq" şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq, cari il ərzində "Bakı Metropoliteni" üçün 30 yeni tipli vaqon istehsal olunmalı idi. Onlardan, ümumilikdə 10 vaqondan ibarət iki qatar tərkibi iyun ayının 4-də Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun və "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun iştirakı ilə Bakıya yola salınaraq, iyul ayının 2-də sazlama və sınaq işlərindən sonra xəttə buraxılmışdı.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !