Bu şəxslərin maaşları artırıldı

09:41 | 01.09.2019
Bu şəxslərin maaşları artırıldı

Bu şəxslərin maaşları artırıldı

Hərbçilərin və müəllimlərin maaşları artırılıb.

Anews.az  xəbər verir ki, Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında və Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında və Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncamı qüvvəyə minib.

Qərara görə, müəllimlərin aylıq əməkhaqqı 20%, hərbçilərin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) vəzifə maaşları isə 40% artırılıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM