Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONA-ya verilən məlumata bildirilir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşam saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19, gündüz 23-28, dağlarda gecə 5-9, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz:
Sentyabrın 13-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !