Tanınmış jurnalistə vəzifə verildi

09:27 | 13.09.2019
Tanınmış jurnalistə vəzifə verildi

Tanınmış jurnalistə vəzifə verildi

Tanınmış jurnalist, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin keçmiş əməkdaşı Səfayə Əhmədova yeni vəzifəyə təyin edilib.
Musavat.com-un xəbərinə görə, S.Əhmədova İçərişəhər Qoruq İdarəsinin mətbuat xidmətində baş məsləhətçi vəzifəsinə təyin edilib.
Səfayə Əhmədova özü də məlumatı təsdiqlədi və artıq işinin başında olduğunu dedi:
"Etimad göstərib bu vəzifəyə layiq bildiyi üçün İçərişəhər Qoruq İdarəsinin rəhbərinə minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, S.Əhmədova Səhiyyə Nazirliyindən əvvəl "Burc Fm" radiosunda, "Space", "Lider" telekanallarında aparıcı, xəbərlər departametinin rəhbəri vəzifəsində, habelə "Kaspi” qəzetində çalışıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti