Mal ətindən ölüm

13:00 | 18.09.2019
Mal ətindən ölüm

Mal ətindən ölüm

10 yaşlı fransalı yeniyetmə Nolan Moyti və digər 14 uşaq 8 il əvvəl yedikləri mal ətindən infeksiyaya yoluxublar. Koli Bakteriyası onların bədəninə supermarketdən aldıqları qida üçün yararsız mal ətindən düşüb. Nolan müalicə aldığı xəstəxananın intensiv terapiya şöbəsində vəfat edib.
 
Dondurulmuş mal əti baş ofisi San Dizer şəhərində yerləşən SEB adlı bir firmanın məhsulu olub və satışı LİDL şirkəti tərəfindən yəyata keçirilirdi.
Bu hadisəyə görə SEB-in keçmiş rəhbəri Qay Lamorlet 2017-ci ildə 2 illik həbs cəzası olub. 
 
İnfeksiyanın iflic etdiyi Nolan indiyənə qədər bir neçə dəfə əməliyyat olunsa da onun həyatını xilas etmək mümkün olmayıb. Yeniyetmə şənbə günü dünyasını dəyişib.
 
Mal ətindən yoluxduğu virus Nolanın əsəb sistemini ciddi şəkildə zədələmiş, həmçinin qanındakı şəkərin miqdarına da mənfi təsir göstərmişdir.
 
Uşaqlar xəstəxanaya bağırsaq və böyrək infeksiyası diaqnozu ilə çatdırılmışdır. 
 
SEB mal ətindən hazırlanmış burgerləri satışdan yığışdırıb.
 
Fevral ayında keçirilən məhkəmə Lamorletin həbs müddətini saxlayıb. Bundan başqa o, 50 min avro (55 min dollar) cərimə edilib. Onun vəkili məhkəmənin bu qərarından yuxarı instansiya məhkəmələrinə şikayət edəcəklərini bildirib.
 
Moyti ailəsinin vəkili Florens Rault isə söyləyib ki, bakteriyaya yoluxma nəticəsində Nolan uzun müddət əzab çəkərək ölüb. Onun limfaları sıradan çıxıb, sümükləri kövrəkləşib. Dəfələrlə əməliyyat olunmasına baxmayaraq o, yemək yeməkdə, udqunmaqda və gəzməkdə mətinlik çəkib, ancaq qida borusu ilə qidalanıb.
 

 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM