Sabahın hava proqnozu

18:30 | 17.09.2019
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 26-29, Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 17-22, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM