Tailandda məhkəmə zalında hamını heyrətləndirən hadisə baş verib. Hakim ədalətsiz qərar çıxardığına görə intihara cəhd edib.
E-huquq.az xəbər verir ki, Tailandın Yalla vilayətində hakim həyatına son qoymağa çalışıb. Onu təcili xəstəxanaya çatdırıblar. Hakimin həyatını xilas etmək mümkün olub.
Cinayət qrup yaratmaqda və qanunsuz silah dövriyyəsində ittiham olunan şəxslərin son məhkəmə iclasında qalmaqal yaranıb. Bu şəxslər əvvəlcə günahsız sayılmağa yaxın olsa da, məhkəmə rəhbərliyi prosesə müdaxilə edib. Onlarla bağlı sərt hökm çıxarmaq istəyiblər. Hakim bu vəziyyətə dözməyib.
Müttəhimlərin uzun müddətə azadlıqdan məhrum edilməsiylə bağlı hökmü oxuyandan sonra intihara əl atıb. Hadisələrin belə gedişi ittiham olunanların xeyrinə işləyib. Belə görünür ki, ictimai qınaq sayəsində həmin adamları azadlıqdan məhrum edə bilməyəcəklər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !