Lənkəran sakinindən külli miqdarda narkotik vasitə götürülüb.
Belə ki, noyabrın 7-də saat 22 radələrində Lənkəran rayonunun Lüvəsər kəndi ərazisində 1 nəfərin sellofan torbanı yerə ataraq "Mercedes” markalı avtomobillə hadisə yerini tərk etməsi barədə Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Şəhər-Rayon Polis Şöbəsinə məlumat verilib.
Məlumat əsasında dərhal polis əməkdaşları həmin ünvana gəlib, sellofan torbaya baxış zamanı 490 qram heroin, 440 qram tiryək və 410 qram metamfetamin aşkar edilərək götürülüb.
Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq heroin də aşkar edilərək götürülüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !