İstirahət günlərində hava necə olacaq?

17:57 | 15.11.2019
Azərbaycanda istirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin noyabrın 16-sı, 17-də gecə və səhər Böyük Qafqazın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Havanın temperaturu dağətəyi rayonlarda 8-13, dağlıq rayonlarda 4-9 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 9-13, dağlıq rayonlarda 5-9 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir, lakin noyabrın 16-da gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın maksimal temperaturu 11-16 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.
Paytaxtda isə bəzi yerlərdə yağış yağacağı, noyabrın 16-da günün ikinci yarısında, 17-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 11-14 dərəcə isti təşkil edəcək.

www.anews.az
loading...

Xəbər lenti