Noyabrın 23-nə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Anews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Atmosfer təzyiqi normadan yüksək 777 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !