Arvadını öldürdü, meyitini ətçəkən maşından keçirdi

18:52 | 22.11.2019
Arvadını öldürdü, meyitini ətçəkən maşından keçirdi

Arvadını öldürdü, meyitini ətçəkən maşından keçirdi

Türkiyənin Mersin şəhərində arvadını xüsusi amansızlıqla qətlə yetirən Mustafa Ərtürkün məhkəməsi olub.
Cəmilə Ərtürkoğlu ilə boşanma ərəfəsində olan qatil əvvəlcə onun başını kəsib, sonra ətçəkən maşından keçirib.
Anews.az  oxu.az-a istinadən xəbər verir ki, Mustafa Ərtürkün məhkəməsinə qadın haqları mərkəzini təmsil edən 40 vəkil qadın gəlib.
Mustafa Ərtürk ifadəsində Cəmilə Ərtürkü evlilik ildönümü bəhanəsi ilə evə çağırıb, onun boğazını kəsdiyini, daha sonra parçaladığı cəsədin bir hissəsini ət maşınında çəkdiyini, qalan hissələrini isə şəhərin müəyyən yerlərində zibil yeşiklərinə atdığını soyuqqanlılıqla danışıb.
Məhkəmədə son sözü soruşulan Mustafa Ərtürk istintaq prossesinin həbs olunmadan aparılmasını istəyib.
Məhkəmə dekabrın 6-dək təxirə salınıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM